Sabit Damolla
Sabit Damolla Əbdulbaqi (uyğ. سابىت داموللا) — Şərqi Türkistan İslam Respublikasının Baş Naziri, məktəb müəllimi, qazı, yazıçı və nəşriyyatçı. O, həmçinin cədidçi idi.
Sabit Damolla Əbdulbaqi 1883-cü ildə Kaşğər vilayətinin Atuş şəhərində anadan olub. O, təhsilini SSRİ-də, Avropada, Türkiyədə, Misirdə, Hindistanda və olduğu başqa ölkələrində alıb. O, Karakaş Yeni İslam məktəbində müəllimlik edirdi və təhsil islahatın tərəfdarı idi.
1931-ci ildə, Sabit Damolla həccə gedib. O, həmçinin Qahirəni ziyarət etmişdi. Eyni vaxtda, Sincanda üsyan qalxmışdı. 1933-cü ildə Sabit Damolla həccdən qayıdıb.